Əxlaq

ƏXLAQSIZLIĞIN “ƏXLAQİ” ŞƏRTLƏRİ


10 mart tarixindən Azərbaycanda qızlar arasında yeni “Miss Azərbaycan – 2010” gözəllik müsabiqəsi start götürdü


Bu barədə mətbuat konfransı keçirən təşkilatçı şəxslər məlumat verib, bir də qeyd edirəm, təşkilatçı şəxslər, konkret olaraq təşkilatçı qurum və onların bu tədbiri keçirməsi üçün maliyyə, və onu haradan əldə etmələri açıqlanmır. Yenə də smslər böyük maliyyələri ört-basdır edəcək. Mən də nə qoyub, nə axtarıram, məgər dini tədbirdir ki, hüquq-mühafizə orqanları dərhal onun maliyyə mənbəyini, kökünü araşdırıb, casus axtarışına çıxsınlar?! Bunu sadəcə elə-belə qeyd etdim, maliyyə haqda danışmayacağam, danışsam gərək büdcə təşkilatında işləyən, maaşla dolanan məmurların bahalı ev və villalarının maliyyəsindən, adi sahə müvəkkilinin vəzifəyə təyin olandan bir neçə ay sonra bahalı xarici maşın almasından, dövlət adamları, onların yaxınlarının ölkə daxilində və xaricdəki dəbdəbəli həyatlarından, villalarından da danışım. Bu məqalənin mövzusu o deyil, gözəllik müsabiqəsinin maliyyəsini də söhbət əsnası elə-belə qeyd etdim. Bu ümumiyətlə sirr də deyil, artıq bütün bəşəriyyətə bəllidir ki dünyada fəsadı, əxlaqsızlığı, mənəviyyatsızlığı, pozğunluğu yayanların başında heç şübhəsiz ya ABŞ, ya İsrail, ya da Böyük Britaniya- onlara bağlı qurumlar durur. Bu isbata ehtiyacı olmayan bir məsələdir, suyun yaşlığının, piyin yağlılığının, duzun şorluğunun istidlala, araşdrmaya ehtiyacı olmadığı kimi bu məsələnin də bunlara ehtiyacı yoxdur.


Ardı →

Müsəlman alimlərin elm qarşısında xidmətləri

Müsəlman alimləri bir çоx ixtira və kəşfləri avrоpalılardan yüzlərcə il əvvəl etmişdir.
Avrоpada cəhalətlə öyünüldüyü, elm ilə düşmənçiçik edildiyi, elm adamlarının öldürüldüyü və yandırıldığı inkvizisiya dövrlərində, müsəlman alimlərin etdikləri elmi axtarışlar və kəşflərin bəziləri aşağıda göstərilmişdir:
Ilk kağız fabrikası 794-çü ildə Bağdadda Harun ər-Rəşidin vəzirinin oğlu Ibni Fazl tərəfindən quruldu. Belə bir fabrik 800-cü ildə Misir, 950-də Əndəlüsdə (Ispaniyanın cənubu) inşa edildi. Avrоpaya isə ancaq neçə illər sоnra bu fabrik girə bildi.
Ardı →

VI iddia

VI Iddia:
«Islam çоx geridə, VII əsrdə qaldı. Islamda yeniliyə uyğunluq yоxdur. Islam hələ də Ərəb dilində qalır. Elm və təhsil də sadəcə əzbərçilikdən ibarətdir… Bu səbəbdən Islam aləmi Qərbdən geri qalmaqdadır. Islam texnоlоgiyanı mənimsəməməkdə və bu səbəblə də elm və sənaye də inkişaf edə bilməməkdədir».


Ardı →

Orta əsrlərdə ərəb mədəniyyəti

Ərəblər işğal etdikləri xalqlardan mədəni cəhətdən aşağı səviyyədə idi. Onlar bu xalqların və hətta işğal etmədikləri xalqların, məsələn, yunanların, romalıların mədəniyyətlərini öyrənib mənimsəyərək öz müstəqil mədəniyyətlərini yaratdılar. Ərəblərin işğal etdikləri ölkələrdən çıxan adamlar Xilafətin idarə olunmasında və İslam mədəniyyətinin yaranmasında iştirak etdilər. Müxtəlif xalqlardan olan alimlər, yazıçılar ərəb dilində yazıb yaradırdılar. Buna səbəb aşağıdakılardır:
1. Ərəb dili xilafətin dövlət dili idi. Dövlət işləri və məhkəmələr ərəb dilində aparılırdı;
2. Ərəb dili islam dininin, «Quran»ın dili idi. Bütün dini ibadətlər, məktəblərdə dərslər ərəb dilində aparılırdı;
3. Yunanıstanın və şərq alimlərinin əsərləri ərəb dilinə tərcümə edilmişdi;
4. Ərəb dilində yazılan əsərlər daha tez və geniş ərazilərdə yayılırdı.
Beləliklə, İslam mədəniyyəti yarandı. Bu mədəniyyətin yaranmasında Xilafətə daxil olan bütün xalqların nümayəndələri iştirak etmişdilər.


Ardı →